Moskvada Qarabağ danışıqları başlayır-Məmmədyarovun Lavrovla görüşü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Rusiyanın paytaxtı Moskvadadır
Elmar Məmmədyarov yaxın saatlarda Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Elmar Məmmədyarov rusiyalı həmkarının rəsmi dəvəti ilə Moskvaya gedir. O, Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində nazir Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşəcək.
Həmçinin nazir Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-nin Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.
Miq.Az