Mübariz İbrahimovun anası vəfat etdi? - Açıqlama

Mübariz İbrahimovun anası vəfat etdi? - Açıqlama
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın dünyasını dəyişməsi barədə xəbər təsdiqlənməyib.

Bu barədə Axar.az-a Biləsuvar İcra Hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətindən bildirilib ki, xəbər sosial şəbəkələrdə yayılan kimi milli qəhrəmanımızın ailəsinin evinə - Əliabad kəndinə nümayəndə göndərilib:
"Ancaq Şamama xanımla bağlı xəbər təsdiqlənmədi".
Əliabad kənd icra nümayəndəsi Telman Əliyev də saytımıza açıqlamasında bildirib ki, Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur:
"Şamama xanım ailə işlərini də özü görür. Yəni səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az