Son zamanlar bir-birindən fərqli məhkəmə proseslərində iştirak edən hüquqşünas Elmira xanım Məmmədova maraqlı fikirləri ilə Vətəninfo.az-a açıqlama verdi: “Ailə müqəddəsdir, ailə bir dövlətdir. Həmin dövlətin rəhbəri güclü, cəsarətli olmalıdır. Son zamanlar qəribə bir tendensiya yaranıb. Əyalətlərdən müğənni olmaq üçün ailəsini dağıdıb Bakıya gələn xanımların taleyinə biganə qala bilmirəm. Məgər, müğənni olmaq üçün mütləq ailəmi dağıtmaq lazımdır? Müxtəlif əsassız bəhanələr gətirərək səhnəyə can atan, zəngin həyat tərzi keçirmək istəyən xanımlara tövsiyyəm budur ki, müqəddəs ailələrini qoruyub saxlasınlar. Əyalətdən gəlib kirayəşin həyatı yaşayaraq, övladlarını həyatın axarına buraxan, hətta uşaq evlərinə atan o xanımlara həm də yazığım gəlir. Nə mənada yazığım gəlir? Ucalmaq üçün sənət önəmlidi. Əgər sənət yoxdursa, ötəri həvəs sizləri ailıniz kimi yarıyolda qoyacaq. Səhvlərinizi dərk edib ailələrinizə dönün. İmkanlı kişilərin vədlərinə aldanmayın, övladlarınızı düşünün. Həyatda hər şeyi tapmaq, əldə etmək olar, ancaq övladı tapmaq, onu böyütmək, tərbiyə etmək hər kəsə nəsib olmur. Hər bir xanımın dəyəri onun ailəsi, övladlarıdır. Gəlin müğənni olmaq eşqinə düşərək ailələrimizi dağıtmayaq. Vaxt gələcək, ötəri hissin qurbanı olduğunuzu özünüz hiss edəcəksiniz. Onda isə gec olacaq. O övladlara da əliniz çatmayacaq. Valideynin hər bir səhvini övlad ömrünün son gününə qədər çəkir. Gəlin övladlarımıza dərd yox, sevinc bəxş edək”.
Elmira xanımın bu fikirləri məni bir qələm sahibi olaraq çox düşündürdü. Çünki 20 illik mətbu təcrübəmdə bunları az görməmişəm. Əgər sirrləri açsam, aləm bir-birinə dəyər. Burda sussam yaxşıdı...
Alim Nəbioğlu
Foto Araz Hacıyev