Müğənnilərin düşdüyü dəhşətli qəzanın - Videosu

Müğənnilərin düşdüyü dəhşətli qəzanın - Videosu
Xəbər verdiyimiz kimi, məşhur meyxanaçı Pərviz Bülbülənin duet ortağı Türkan Vəlizadə dünən gecə avtomobil qəzası keçirib.

Miq.Az Azxeber.az-a istinadla xəbər verir ki, müğənnilərin düşdüyü qəzanın görüntüləri yayılıb.

Videoda avtomobillərdən birinin qırmızı işıqda keçdiyi aydın görünür.

Hadisə zamanı müğənni həmkarı Zeynəb Həsəni ilə birlikdə olub. Qəza zamanı Türkan Vəlizadənin ayağı və çiyni, Zeynəb Həsənlinin isə çanaq sümüyü sınıb.

Sənətçilərin hər ikisi xəstəxanaya yerləşdirilib.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az