Müğənninin asistenti özünü asdı

Müğənninin asistenti özünü asdı
Türkiyəli sənətçi Selami Şahinin asistenti, 32 yaşlı Serkan Büyükavşar özünü asıb.
Vətəninfo.az-ın SİA-ya istinadla verdiyi xəbərə görə, hadisə S.Şahinin İstanbulun Şişli səmtində, İskenderoğlu küçəsi, 39 ünvanda yerləşən evində baş verib. Həkimlərin bütün səylərinə rəğmən, S.Büyükavşar vəfat edib. Polisdən verilən məlumata görə, sənətçinin köməkçisinin intiharının səbəbləri araşdırılır. İlkin versiya kimi S.Büyükavşarın dərin depressiyada olması deyilir.

Qeyd edək ki, son vaxtlar Serkan Büyükavşar "Sana Bir Sır Vereceğim" serialındakı aktrisa Demet Özdemir ilə birlikdə idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az