"Müharibənin bitməsi üçün ya Putinin ölümü, ya da..." - Ukraynalı general


Ukraynalı general-mayor Kirilo Budanov "Ukraynanın yeni səsi” media orqanına bəzi açıqlamalar verib və müharibənin gedişatını dəyərləndirib.

"Unikal" xəbər verir  ki, Rusiyanın Qərb ölkələrinin tələb və təzyiqləri qarşısında boyun əyməyəcəyini deyən Budanov müharibənin bitməsinin iki şərtdən asılı olduğunu bildirib.

"Rusiyanın müharibəni bitirməsi Putinin ölümü və ya Ukraynanın qələbəsini elan etməsindən asılıdır", - deyə  o, ifadə  edib. 

Bundan əlavə Budanov "Putin bütün dünya üçün müharibə cinayətkarına çevrilib. Onu müharibədən çəkindirməyə çalışmaq bir strategiyadır, lakin bu, demək olar ki, real deyil", - deyə son olaraq bildirib. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az