Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi-Azərbaycanda ilk dəfə

Ömürlük məhkumlara şəxsiyyət vəsiqələri verildi-Azərbaycanda ilk dəfə

Azərbaycanda ömürlük azadlıqdan məhrum edilmiş məhkumlara ilk dəfə olaraq şəxsiyyət vəsiqələri verilib.

Miq.az Penitensiar xidmətin saytına istinadən bildirir ki, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Həbsxanasında bununla bağlı tədbir keçirilib. Tədbir çərçivəsində Penitensiar xidmət və Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin əməkdaşları şəxsiyyəti təsdiq edən sənədi olmayan 30 məhkuma şəxsiyyət vəsiqələri təqdim ediblər.

Tədbirin sonunda ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumlara Həbsxana ərazisində yaradılmış meydançada arzu etdikləri vaxt ərzində voleybol oynamaq imkanı yaradılıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az