Müxalifətin fəallaşması hava ilə bağlıdı

Müxalifətin fəallaşması hava ilə bağlıdı

“Müxalifətin fəallaşması hava ilə əlaqədardır və mövsumi xarakter daşıyır. Onların Azərbaycanda heç bir bazası, sosial dayaqları yoxdur”. “Vətəninfo.az”ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Prtiyası icra katibinin müavin, millət vəkili Siyavuş Novruzov YAP-nın internet saytına bildirib.  YAP rəsmisi  qeyd edib ki, 20 ildən artıqdır ki, müxalifət  eyni funksiyanı yerinə yetirirlər. “Əvvəl Sovet DTK-sının təsir dairəsində idilər. Vaxtı ilə bunları keçmiş Dzerjınski adına kluba yığaraq onlara milli azadlıq hərəkatında necə hərəkət etməli, nələri danışmalı olduqları barədə məlumat verərdilər. Yəni, bunlar keçmiş Sovet DTK agenturasında olan insanlardı və tədricən zaman keçdikcə ağalarını və istiqamətlərini dəyişdilər. Birinin "komandası" cənubdan, digərininki şimaldan, birininki Avropadan, o birininki okeanın o tayından gəlir. Yəni, bu adamların Azərbaycan xalqı ilə, milli dövlətçilik maraqlarımız ilə heç bir əlaqəsi yoxdur. Onların hamısı şəxsi maraqlardan irəli gələn addımlar atırlar. Əgər mitinq keçirirsənsə, gəl düş qabağa ardınca adamları apar. Yoxsa uşaqları öyrədirsən, beynini pozursan, müəyyən adamları ortaya salırsan, əldə olunan vəsaitin böyük miqdarını isə özünün təminatına, istirahətinə istifadə edirsən”. Siyavuş Novruzovun sözlərinə görə, müxalifət qüvvələri  çalışırlar ki, 1-2 mitinq keçirsinlər, ağalarından pul qopartsınlar ki, özlərinin birillik maddi gəlirlərini təmin etsinlər. “Siyasətdə qalmaq üçün hər hansı bir vəsait sərf etməlisən. Bu vəsaitlər hardan gəlir, bunları hamımız bilirik. Təsəvvür edin, bunlar, hətta öz yoldaşlarına da kələk gəlirlər. Dəfələrlə bu barədə müzakirələr olub. Ayrı-ayrı siyasi partiyalarda rəhbər strukturlardan istefa verənlər səbəbsiz yerə bu addımı atmayıblar. Onlar tələb edirdilər ki belə bir məsələ var, gəlin çıxarın ortaya. Düzdür çox geniş müzakirə də aça bilmirdirlər. Çünki özləri də çox pis vəziyyətdə qalırdılar. Amma ortada bu faktlar var. Onlar müəyyən qədər vəsait alırlar ki, ortaya filan qədər adam çıxaracam. Sosial baza yoxdur, vəsaiti də sərf etmək istəmirlər ki, adam tutsunlar. Çünki pulla tutulan adamlar pulunu alır, gəlir iştirak edir və çıxır gedir”-deyən millət vəkili oOna görə də, müxalifətin kütləvi aksiyaları şəhərin gur yerində keçirmək istədiyini idda etdi. Siyavuş Novruzovun sözlərinə görə, o ərazilər 10 min, 15 min insanın hərəkət etdiyi yerlərdir. Və ya özləri bilərəkdən elə yer deyirlər ki, hökumət onlara icazə verməsin. Çünki orada təhlükəsizliyi təmin etmək mümkün deyil. “Sərbəst toplaşmaq azadlığı haqqında qanunda göstərilib ki, kütləvi aksiyaların keçirilməsi üçün elə yerlər müəyyənləşdirilir ki, orada insanların təhlükəsizliyini təmin etmək mümkün olsun. Bu səbəbdən də müvafiq yer ayrılır. Mən həmişə onlara sual edirəm ki, qərarın harada qəbul olunmasının nə fərqi var? Qəbul etdiyin qərar və ya qətnamənin yerə heç bir aidiyyəti yoxdur. Səbəb odur ki, təklif olunan yerə getdikləri zaman onların tərəfdarları görəcəklər ki, sayları 300-ü, 500-ü keçmir. Bəzən şəhərin mərkəzində aksiyaya aidiyyəti olmayan, istirahət edənlər, hətta öz ailəsi ilə istirahət edən səfirlərin şəkillərini çəkib deyirlər ki, bunlar kütləvi aksiyaya çıxan insanlardır. Hətta orada dövlət məmurları da olur ki, ailəsi ilə istirahət edir və fotoşəkildə nümayiş etdirməyə çalışırlar ki, onlar da kütləvi aksiyada iştirak edirlər. Bu cür qüvvələrin Azərbaycanda heç bir sosial bazası yoxdur. Onlar artıq Azərbaycan tarixinin qara arxivində olan adamlardır. Bəzi ölkələrdə siyasi iradəsi çatır, çıxır gedir öz işi ilə məşğul olur. Bunlarda o iradə də yoxdur. Çünki siyasəti özlərinə iş yeri seçiblər. Burada da ancaq qazanc güdürlər”. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az