Nabranda erməni mahnısı səsləndirən DJ tutuldu

Nabranda erməni mahnısı səsləndirən DJ tutuldu
21 iyul axşam saatlarında Nabranda yerləşən "Malibu" İstirahət Mərkəzində erməni mahnısı səsləndirilib.

Miq.az yenicag.az-a istinadən xəbər verir ki, vətəndaşların şikayəti əsasında Xudat Şəhər Polis Bölməsinin nümayəndələri istirahət mərkəzinə gəlib.
Xudat Şəhər Polis Bölməsinin rəisi Fəxrəddin Hacıyevin də şəxsən iştirakı ilə musiqi saxlanılıb. İstirahət mərkəzində DJ kimi fəaliyyət göstərən Nağıyev Abdul Xaliq oğlu polislərlə dalaşıb. Polisə müqavimət göstərən DJ saxlanılaraq Xudat şəhər Polis Bölməsinə aparılıb.

Nağıyev Abdul Xaliq oğlu polisə musiqini "Malibu" İstirahət Mərkəzinin rəhbərinin kompüterindən götürdüyünü deyib.
Bu gün Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə Nağıyev Abdul Xaliq oğlu 10 sutka müddətinə həbs edilib.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az