“Nar mobile” xəbərdarlıq etmədən abunəçilərinin meqabaytını (mb) azaldır. belə ki, Nar abunəçiləri hər ay 1 manatlıq danışıq kartı yükləyərək 100 mb internet paketi alırdı. Bunun qarşılığında isə yüklənən danışıq kartı balansdan çıxılırdı. Bir neçə gündür ki, balansa yüklənən danışıq kartının qarşılğında verilən 100 mb əvəzinə abunəçilərə 80 mb verilir.
Üstəlik, bununla bağlı heç bir xəbərdarlıq da edilməyib. “Nar mobile”ın müştəri xidmətlərindən Axar.az-a məlumatı təsdiqlədilər və şirkətin danışıq kartı qarşılığında verdiyi mb-ın azaldıldığını bildirdilər. Səbəblə bağlı isə heç bir açıqlama vermədilər.
Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov oxucuların suallarını cavablandırarkən bir sıra maraqlı məqamlara toxunmuşdu. Onlardan biri də internet və mobil rabitə tariflərinin ucuzlaşacağı ilə bağlı rəsmi mövqe idi. Göründüyü kimi, nazir müavininin bu açıqlamasından “Nar mobayl” məntiqli nəticə “çıxarıb”.
Daha geniş araşdırma yazısı yaxın günlərdə təqdim edəcəyik…
Bizimxeber.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib