Naxçıvan Muxtar Respublikası Ali Məclisi “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrlərinin statusu haqqında” qanun layhəsinin qəbulu ilə bağlı həm qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər, eyni zamanda Ali Məclis özü bu yöndə qanun qəbul edə bilər. Bunu “Vətəninfo.az”a “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrlərinin statusu haqqında” qanun layhəsi ilə bağlı Ali Məclisin eks sədri Namiq Həsənov bildirib. Namiq Həsənov deyib ki, MR-a Ali Məclisinin fəaliyyətini ki hissəyə bölsək, bu günə kimi ümümilikdə Ali Məclisə 5 şəxs rəhbərlik edib. “ Mərhum Afiyəddin Cəlilov həm Məclisin sədri olub, eyni zamada da Naxçıvan Partiya Komitəsinə rəhbərlik edib. Əhbər Əliyev də eynilə bu şəkildə Ali Məclisin sədri olub. Ancaq mərhum Heydər Əliyev və mən yalnız Ali Məclisin sədri olmuşuq”. Namiq Həsənov vuğulayıb ki, Heydər Əliyevin Ali Məclisin sədri seçilməsindən sonra, partiya komitəsi ləğv olunub. “ Ona görə də Ali Məclisə yeganə ilk rəhbərliyi tam şəkildə Heydər Əliyev və mən etmişəm. Bu gün də Fasif Talıbov Ali Məclisin sədri olaraq bu fəaliyyəti göstərməkdədir”-deyən eks Ali Məclis sədri vurğulayıb ki, qeyd olunan qanunun qəbulunda elə bir maneə yoxdur. “Məsələ qanunun qəbulundan gedirsə, bu gün Milli Məclisdə Naxçıvan MR-dan seçilən millət vəkilləri özləri də qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanına malikdirlər”. Namiq Həsənov qanunun qəbul olunacağı təqdirdə, maliyələşmənin detallarının müzakirələr zamanı öz həllini tapa biləcəyini istisna etmir. “Burda elə də bir ciddi problem yoxdu. Naxçıvan Muxtar Respublikasının büdcəsində bunun üçün ayrıca bir bənd salına bilər”.