Naxçıvandan daha bir nazir Bakıya gətirildi

Naxçıvandan daha bir nazir Bakıya gətirildi

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramovun Bakıya gətirildiyi haqda məlumat yayılıb.

Miq.Az xəbər verir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz öz mənbələrinə istinadla məlumat yayıb.

O bildirib ki, Səhiyyə Nazirliyinin rəhbər heyəti və baş həkimlər də bu DTX-ya çağırılıb və ifadələri alınıb.

Qeyd edək ki, bu gün DTX-nin Naxçıvan Mərkəzi Xəstəxanasında yoxlamalar apardığı və xəstəxananın baş həkimi Zəbur Bağırov, qəbul şöbəsinin müdiri Ramidə Bağırova və baş həkimin müalicə işləri üzrə müavini Ramazan Abbasovun DTX-nın Naxçıvan Baş İdarəsinə aparıldığı haqda məlumat yayılmışdı.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az