Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı – FOTO

Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı  – FOTO
Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Abbasov İdris mükafatlandırılıb.
 
Modern.az xəbər verir ki, örnək davranış nümayiş etdirdiyinə görə Təhsil naziri Ceyhun Bayramov İdris Abbasovu Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə mükafatlandırıb, ona planşet və kitablar hədiyyə edilib.
 
Qeyd edək ki, İdris Abbasov bir neçə gün bundan qabaq küçədən 5 min manat tapması ilə məşhurlaşıb. O, tapdığı pulu sahibinə qaytarıb.
 
İdris Abbasov həmçinin "Tovuz" qəzetinin baş redaktor müavini Ramiz Çıraqlının nəvəsidir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az