Nazir açıqladı: Gülənin qaytarılması prosesi gedir
FETÖ lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı müsbət işartılar var.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Rəcəb Akdağ deyib.
Gülənin qaytarılması prosesinə münasibət bildirən nazir onun Türkiyəyə təhvil verilməsi yönündə müsbət işartıların olduğunu bildirib:
"Bir az topu orta sahədə oynatdılar, amma indiki durumda ekstradisiya edə bilərlər. Məntiq də bunu tələb edir. Lazımi sənədlər də özlərinə çatdırılıb. Bu prosesi artıq yubatmamalı və cəzasını çəkmək üçün ekstradisiya etmələri lazımdır. Bunu istəmək 240 şəhidimizin haqqıdır".
Miq.az