Nazir bildirir ki, onları əfv etmək mümkün deyil - Komitə sədri

Nazir bildirir ki, onları əfv etmək mümkün deyil - Komitə sədri

"Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən 4-5 saatlıq iclaslarda əfvlə bağlı müzakirələr gedərkən komissiya üzvləri hər bir məhkumun işinə yüksək ədalət, balans, obyektivliklə baxılıb”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deyib. 

 

"Qeyd edim ki, xüsusi olaraq 95% məhkumun işi ilə bağlı daxili işlər naziri kimi Vilayət Eyvazova da müraciət olunub. Mütləq əksəriyyətinə müxtəlif parametrlərdən humanizm göstərilir. Bir çox işlər də məxfi saxlanılır və bu da başa düşüləndir. Çünki cinayət işinin müxtəlif tərəfləri və subyektləri var. Məhz insan alveri ilə bağlı məsələlərdə nazirin çox prinsipial sərt mövqeyini görürük. Bildirir ki, həmin şəxsləri əfv etmək mümkün deyil, çünki sonradan müxtəlif ictimai təhlükəlilik doğuracaq”,- deyə o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az