Nazir müavini: "Əfsuslar olsun ki, bizdən icazəsiz..."

Nazir müavini:

Elsevər Ağayev: Əfsuslar olsun ki, xaricdən həkimlərin icazəsiz dəvət edilməsi halları olur

Əfsuslar olsun ki, bəzi hallarda Səhiyyə Nazirliyinin icazəsi olmadan xaricdən həkimlərin dəvət edilməsi halları olur.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə deyib.

Nazir müavininin sözlərinə görə, xaricdən Azərbaycana həkimlərin gəlib işləməsi məsələsi Səhiyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən tənzimlənir: "Bu komissiya mütəmadi olaraq, öz iclaslarını keçirir. Azərbaycanda fəaliyyət göstərəcək həkimlər diplomlarını Təhsil Nazirliyi tərəfindən təsdiq etdirirlər, sonra isə bizə sənədlərini təqdim edirlər. Əfsuslar olsun ki, bəzi hallarda bundan yayınanlar da olur. Biz onları dəvət edirik ki, belə hallardan yayınmasınlar. Səhiyyə Nazirliyinin komissiyasından keçirildikdən sonra həkimlərin fəaliyyətinə icazə verilsin”.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az