Nazirlik bələdiyyə sədrini 2000 manat cərimələdi

Nazirlik bələdiyyə sədrini 2000 manat cərimələdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşlarının keçirdiyi reyd zamanı Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində əmələ gələn məişət tullantılarının qəsəbə bələdiyyəsi tərəfindən qanunvericiliyə uyğun idarə olunmadığı və qeyri-mütəşəkkil atıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Nəvai bələdiyyəsinin sədri Səmayə İsmayılova barəsində protokol tərtib olunub. Bələdiyyə sədrinin vəzifəli şəxs qismində inzibati qaydada 2000 manat məbləğində cərimə edilməsi üçün zəruri tədbirlər görülür.

Tullantıların qısa vaxt ərzində təmizlənib, ümumrayon məişət tullantısı yığım yerinə daşınması üçün S.İsmayılovaya icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az