Nazirliyin həbs olunan şöbə müdiri külli miqdarda mənimsəmədə ittiham olunur

Nazirliyin həbs olunan şöbə müdiri külli miqdarda mənimsəmədə ittiham olunur

Bir neçə gün əvvəl həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.

Şöbə müdiri xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

İlkin Nəsibova Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.

Qeyd edək ki, İlkin Nəsibov Dövlət Təhlükəsizliyi Xidmətinin noyabrın 1-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onun barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyevin də istintaqa cəlb olunub. Lakin onun barəsində hər hansı bir qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.

Elnur Əliyev ötən gün Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az