Nə qədər azərbaycanlı qız əcnəbiyə ərə gedib? - STATİSTİKA

Nə qədər azərbaycanlı qız əcnəbiyə ərə gedib? - STATİSTİKA

Ötən il 1291 Azərbaycan vətəndaşı olan qadın ilə xarici ölkə vətəndaşı olan kişi arasında nikah bağlanıb.
 
Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, həmçinin ötən il 1281 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha daxil olub. Ötən il qeydə alınan nikahların sayı 68,8 min olub.

Ümumilikdə isə 2014-cü ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 84,9 min nikaha daxilolma halları qeydə alınıb ki, onlardan 1635-i Azərbaycan vətəndaşı olan qadınla xarici ölkə vətəndaşı olan kişinin nikahı olub. Həmin il ölkədə 1499 Azərbaycan vətəndaşı olan kişi xarici ölkə vətəndaşı olan qadınla nikaha girib. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az