Vətəninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki. Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Necdət Özəllə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ciddi narazılıqlar baş verməkdədir və artıq vəziyyət o həddə çatıb ki, tərəflər arasında kəskin münasibətlər formalaşıb.
Məlumata görə, bunun səbəbi Ərdoğanın əvvəllər lideri olduğu AKP-nin qarşıdakı parlament seçkilərində seçicilərin əsas səsini ala bilməyəcəyindən qorxması və bunun nəticəsində hakimiyyətdən AKP-nin uzaqlaşmasının baş verə bilməsidir. Məlumata görə, Ərdoğan TSQ-ni Suriyaya daxil olmasın istəyir və ordunun Suriyaya girməsi ilə xalq içərisində AKP-nin getdikcə düşən reytinqini bərpa etmək niyyətindədir. Amma TSQ Baş Qərargah rəisi Necdət Özəl buna qarşı çıxır və ordunu siyasi oyunlara alət edilməməsi üçün Ərdoğan qarşısında ciddi cəhtlə dirənir.
Necdət Özəl ordunun Suriyaya girməsi ilə bağlı hansısa qərarların qəbul edilməməsi üçün keçirilməsi nəzərdə tutulan qapalı iclaslarda iştirak etməmək ümün 10 günlük istirahət götürüb və bunu da səhətində yaranan müəyyən problemlərlə əlaqələndirib. Artıq Ankarada siyasi dəhlizlərdə Özəlin belə bir qərara imza atmaqdansa istefa yolunu seçdiyi iləbağlı fikirlər səslənməkdədir.Ordunun digər generallarının da Özəli müdafiə etmələri ölkə prezidnetini Rəcəb Tayyib Ərdoğanı Suriyaya ordu yeridilməsi məsələsində ciddi sıxıntıya salıb.
Qeyd edək ki, Ərdoğan üçün əsas məsələ Suriyada hansısa sabitliyə nail olmaq deyil, əsas odur ki. ordunun Suriyaya yeridilməsi ilə xalq içərisində mövcud hakimiyyətə olan inamı qaytarmaqdır.
Vətəninfo.az