Neft qiymətləri ən aşağı səviyyəyə düşdü

Neft qiymətləri ən aşağı səviyyəyə düşdü

Vətəninfo.az  xəbər verir ki, Avropada xam neftin qiyməti ən aşağı səviyyəyə enib, mütəxəssislər isə qlobal miqyasda neft ehtiyatlarının hazırda tələbatdan daha artıq olduğunu bildirir. ANS PRESS-in "Amerikanın Səsi"nə istinadən məlumatına görə, London bazarında Brent xam neftin qoyməti bir barrel üçün 101 dollar 61 sent təşkil edib. Bu, keçən il noyabr ayından xam neftin qiyməti üçün ən aşağı göstəricidir. Birləşmiş Ştatlarda xam neftin qiyməti bir barrel üçün 97 dollar 43 sent təşkil edir və bu da keçən ildən bəri ən aşağı göstəricidir.

Sənayesi inkişaf etmiş ölkələrə neft siyasəti ilə bağlı məsləhətlə verən Beynəlxalq Enerji agentlyi yeni hesabatında qlobal iqtisadiyyatda qeyri-sabitliyin neftə tələbatın və qiymətlərin aşağı səviyyədə qalmasına gətirib çıxardığı bildirilir. Neft istehsal edən ölkələrdə zorakılıqların neft emalının azalması, təchizatın kəsilməsi və qiymətlərin yüksəlməsinə səbəb ola biləcəyi deyilirdi. Lakin Beynəlxalq Enerji agentlyi Liviya, İraq və Ukraynada münaqişələrə baxmayaraq neft bazarında vəziyyətin bu gün gözlənildiyindən daha yaxşı olduğu, hətta Atlantik okeanı hövzəsində də neft təminatının yüksək olduğunu bildirib. Beynəlxalq Enerji agentlyinin bu il və gələn il üçün neftə olan tələbatla bağlı proqnozları da daha aşağı səviyyədədir.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az