Neftçi faciəsində AzTV-də “qadın sidikqaçırması”, ATV-də “məməkiçiltmə” – VİDEO

Neftçi faciəsində AzTV-də “qadın sidikqaçırması”, ATV-də “məməkiçiltmə” – VİDEO

Məlumdur ki, Xəzər dənizində baş verən növbəti faciə Azərbaycanda qeyri-rəsmi hüznlə müşayiət olunmaqdadır. Lakin bəzi telekanallar proqramlarında dəyişiklik etdiklərini elan etsələr də realda başqa mənzərə müşahidə olunmaqdadır.

Azərbaycan 24-ün məsələ ilə bağlı qısa monitorinqi nəticəsində bəlli olub ki, bəzi telekanallar proqram dəyişikliyi deyəndə yalnız şou-proqram və müğənnilərin efir torundan çıxarılmasını anlayır, həmin günlərdə müxtəlif verilişlərdəki mövzulara diqqət yetirmirlər. Xüsusən ölkənin bütün telekanallarını ağuşuna alan və yaxşı maliyyə mənbəyi olan tibb verilişləri nəinki hüznlü günləri nəzərə almır, əksinə bəzi hallarda hətta etik çərçivələrdən kənar mövzu və təsvirlərlə yarışırlar.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, özəl telekanalların bunu özlərini maliyyəlləşdirmək üçün etdiklərinə dair bəhanələri olsa da, eyni məqam dövlət televiziyasının efirində də müşahidə olunur. Qısa araşdırma nəticəsində hazırlanmış videonu təqdim edirik.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az