Nemtsovun qətlində yenilik - "Çeçen izi" genişlənir
Londonda yaşayan rusiyalı bankir German Qorbuntsov qətlə yetirilmiş
müxalifət lideri Boris Nemtsovun cinayət işi ilə bağlı ifadə verməyə
hazır olduğunu bildirib.
Vətəninfo.az Avropa.info istinadla xəbər
verir ki, bu haqda bankirin vəkili Vadim Vedenin məlumat verib. Onun
görə, Qorbuntsovun istintaqa cəlb olunması ilə bağlı istintaq xəbərini
ingilis polisi verib. Vəkil deyib ki, bankirin Nemtsovla şəxsi tanışlığı
olmayıb, istintaqın onunla nə üçün maraqlandığından xəbəri yoxdur.
Lakin ifadə verməyə hazırdır.
German
Qorbuntsovun illər maliyyə biznesi ilə məşğul olub. Rusiya və Moldovada
banklar sahibi olub. 2012-ci ilin 20 martın təşkil olunan sui-qəsddə
ağır yaralanıb, uzun müddət komada olub. Daha sonra müəyyən edilib ki,
sui-qəsdin icarçıları Çeçenistan vətəndaşları Aslanbek Dadayev, Elim
Paşa Xatsuyev və Teymur İsayevdir. Onlar 2008-ci ildə Duma deputatı
Ruslan Yamadayevi Moskvada güllələmişdilər.
Xatırladaq
ki, Boris Nemtsov 27 fevralda Moskvanın mərkəzində güllələnərək qətlə
yetirilmişdi. Hadisədən sonra Kadırovun "Şimal” batalyonunun 5 üzvü
qətldə şübhəli bilinərək həbs olunmuşdu.