Nəqliyyatda dispetçer xidməti ləğv olunur

Nəqliyyatda dispetçer xidməti ləğv olunur
"Bakıda hər bir marşrut xətti üçün nəzərdə tutulan dispetçer xidməti ləğv olunacaq”.
 
Bunu Report-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova bildirib.
 
Onun sözlərinə görə, artıq paytaxtda bu cür xidmət mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək: "Hazırda dispetçer xidməti göstərən şəxslərin avtobuslara sərnişin topladıqları məlumdur. Lakin tezliklə yekunlaşacaq Bakının Vahid Nəqliyyat Konsepsiyasında bu cür xidmət növü artıq mövcud olmayacaq, yəni hər daşıyıcının öz dispetçeri olmayacaq. Artıq bütün marşrut xətləri üzrə Bakı Nəqliyyat Agentliyi tərəfindən idarə olunan və ona tabe olan xidmət fəaliyyət göstərəcək”.
 
Qeyd edək ki, Bakıda yaradılan Nəqliyyat Mübadilə Mərkəzlərində də belə dispetçer xidmətləri fəaliyyət göstərəcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az