Netanyahu: “İranla razılıq tarixi səhvdir”
İran və "Altılıq” ölkələri arasında nüvə məsələsi ilə bağlı əldə olunacaq razılaşma tarixi səhvdir.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Niderlandın Xarici İşlər naziri Bert Kunderslə görüşü zamanı deyib.
Onun sözlərin görə, İran bu razılaşma ilə nüvə silahı əldə etmək üçün birbaşa imkan qazanır:
"Yeni sanksiyalar və qadağaların hamısı qaldırılacaq. Bunlar İranın həmin yolu getməməsi üçün əsas xəbərdarlıq vasitəsi idi”.