Niyaməddin Orduxanlı: “Fuad Qəhrəmanlı yaxşı oğlandır. Onun Əli Kərimlinin yanında qalması lazımdır”

Niyaməddin Orduxanlı: “Fuad Qəhrəmanlı yaxşı oğlandır. Onun Əli Kərimlinin yanında qalması lazımdır”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Razi Nurullayevin iddiası ilə bağlı mətbuatda acıqlama verib. O, Razi Nurullayevi kəskin ittiham etəmklə yanaşı acıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin də adını çəkib: "Vaxtı ilə Qüdrət Həsənquliyevin əli ilə eyni tamaşanı qurmuşdular,ancaq alınmadı. Xalq Cəbhəsinin adını ələ keçirmək bu hakimiyyətin çoxdankı arzusudur”. Əli Kərimlinin müavinin bu acıqlamasına cavab BAXCP tərəfindən özünü çox gözlətməyib. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı mətbuata acıqlamasında baş vermiş hadisəyə öz münasibətini bildirib: " İlk öncə onu deyim ki, mənim Əli Kərimli ilə bağlı zaman-zaman veridiyim acıqlamalar öz təsdiqini tapır. Bu gün Əli Kərimlinin yanında ciddi bir siyasətçi qalmayıb. 5 nəfər şəxsin adını çəkmək olmaz ki, bu adamlar uzun illərdə AXCP rəhbərliyində təmsil olunub. Son illərdə kimlər Əli Kərimlidən imtina etmədi ki.  Yanında olan bir neçə təcrübəsiz gənclərdir ki, onlar da artıq Əli Kərimlidən imtina edirlər. Hər zaman demişdim ki, mümkün deyil ki, Əli Kərimlini yaxşı tanıyasan və bundan sonra onunla  birgə yol gedəsən. Əli Kərimli bu gəncləri aldadaraq öz ətrafına çəkmişdi. Bilirsiniz ki, gənclik bir az emosional və radikal olur. Əli Kərimli də radikal çıxışları ilə gəncliyi öz ətrafına çəkə bilir. Ancaq İlk əvvələr təcrübəsiz olan bu gənclik də sonradan prosesləri izləyib Əli Kərimlinin əsl sımasını görürdükdən sonra istefa verirlər. Özünə gənc müavin təyin etdiyi Əbülfəz Qurbanlını da nümunə göstərmək olar. Kərimli bu gün bir QHT sədri və müxbir səviyyəsində fəaliyyət göstərir. Seçki zamanı Azərbaycanın əleyhinə antikampaniya aparan təşkilatların yanında yer alır və sanki layihə rəhbəri kimi özünü göstərir. Onlardan qonorar alır. Digər məqam isə, bütün günü "Akif", "Azad" və digər saxta imzalarla "Azadlıq" qəzetində müxbirlik edir. Qohum əqrəbası da İŞİD arzusunda olduğunu bəyan edir. Ona görə də yanında olan bir neçə təcrübəsiz gənclərin Razi Nurullayevin tərəfinə keçəcəyinə inanıram. Bu gün onun əlində AXCP möhüründən başqa heçnə yoxdur. Yəqin ki, bu möhürü də Razi Nurullayev hüququ yola sahiblənər. O ki qaldı Fuad Qəhrəmanlıya, Fuad Qəhrəmanlı yaxşı oğlandır. Onun Əli Kərimlinin yanında qalması lazımdır.”

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az