Nüvə partlayışı zamanı harada sığınmaq olar?
"Nüvə partlayışı zamanı yaranan zərbə dalğaları "göbələk"dən təhlükəsiz məsafədə olan insanlar üçün də potensial olaraq ölümcüldur..."
"Potensial partlayış zamanı qapı-pəncərə yerləri və dəhlizlərdən yan keçmək tövsiyyə edilir..."
"Ən təhlükəsiz yer binanın partlayışdan uzaq olan qapalı otaqlarıdır..."
Kiprdə Nikosiya Universiterinin alimləri müəyyən edib ki, hətta nüvə partlayışının episentrindən təhlükəsiz məsafədə olanlar bilavasitə risk zonasına düşə bilər.
Moderator.az xəbər verir ki, bu barədə "Science Alert" elmi-populyar nəşr məlumat verib.
"Nüvə bombası detonasiya edəndə o, təkcə parlaq işıq və yandırıcı istilik formasında radiasiya deyil, həm də güclü zərbə dalğaları generasiya edir, bu da onlarla km uzağa yayıla bilər. Bu zərbə dalğaları "göbələk"dən təhlükəsiz məsafədə olan insanlar üçün potensial olaraq ölümcüldür", - tədqiqat həmmüəlliflərindən Dmitri Drikakis izah edib.
Alimlər komandası 750 kiloton gücündə olan atom bombasının nüvə partlayışını modelləşdirib. Müqayisə üçün ABŞ-ın Xirosimaya atdığı bombanın gücü 15 kiloton, Naqasakiyə atdığı bombanın gücü 25 kiloton təşkil edib. Beləliklə, bu, alimlərin eksperimentində olduğundan orta hesabla 37 dəfə azdır.
Tədqiqatçılar qeyd edib ki, onlar 750 kilotonluq bombanı Kremlin ötən ilin aprel ayında sınaqdan keçirdiyi "Sarmat" qitələrarası ballistik raketin nümunəsi əsasında modelləşdirib. Belə gücə malik bomba 4 km məsafədə olan hər şeyi məhv edəcək, lakin bu radiusun hüdudlarından kənarda olan insanların sığınacaqlardan düzgün istifadə edəcəyi halda sağ qalmaq şansı olacaq.
Alimlər zərbə dalğasının partlayış episentrindən 4-50 km məsafədə olan binalardan, o cümlədən mənzillər, künclər, qapılar, dəhlizlər, pəncərələr və qapı yerlərindən necə keçəcəyini hesablayıb.
Modelləşmə göstərib ki, binaların daxilində olan qapı yerləri və dəhlizlər kimi dar "ciblər" aerodinamik boru kimi təsir göstərərək, zərbə dalğasını insan çəkisindən 18 dəfə çox olan təhlükəli təzyiqədək sürətləndirə bilər, bu da sümükləri sındırmağa kifayət edə bilər. Ona görə də potensial partlayış zamanı qapı-pəncərə yerləri və dəhlizlərdən yan keçmək tövsiyyə edilir.
Ən təhlükəsiz yer binanın partlayışdan uzaq olan qapalı otaqlarıdır. Lakin binanın partlayışa yaxın hissəsində otağın küncündə üzü partlayışa tərəf dayanmaqla təhlükəsizlikdə qalmaq mümkündür.
Alimlər qeyd edir ki, binanın hansı materialdan tikilməsi də vacibdir. Taxta komada gizlənmək praktiki olaraq mümkün olmayacaq. Lakin partlayışdan nisbətən təhlükəsiz məsafədə daş, beton və digər yanmayan materiallardan olan konstruksiyalar müdafiəni təmin edə bilər. Hərçənd, tədqiqatçılar əmin edir ki, belə tikililərdə nüvə partlayışının episentrinə yaxın yerdə xilas olmaq, çətin ki, mümkün olsun.
"Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsi rusiyalıların cəbhədə uğursuzluqları fonunda nüvə silahından istifadə edəcəyindən narahatlığın artırılmasına səbəb olub", - məqalədə deyilir.
Xatırladaq ki, bu günlər Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev yenidən dünyanı apokalipsislə təhdid edib və bəyan edib ki, Rusiyanın mövcudluğu məsələsi gündəmə gələrsə, o zaman "insan sivilizasiyasının mövcudluğu məsələsi də sual altına alınacaq".