“O uşaq Türkiyənin övladıdır”

“O uşaq Türkiyənin övladıdır”
Türkiyənin Kilis vilayətinin Əlbəyli mahalının sərhədində İŞİD-in açdığı atəş nəticəsində həlak olan ehtiyatda olan zabit Məmməd Yalçın Nanənin oğlu Baş nazir Əhməd Davudoğlunun həyat yoldaşı Sare Davudoğlunun əllərində dünyaya gəlib.
Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, Baş nazirin "O uşaq Türkiyənin övladıdır” dediyi şəhidin öz adının verildiyi oğlu üçün bu gecə saat 02:30 radələrində Qaziantepə gedən Sare Davudoğlu doğumu reallaşdıran qrupun başında yer alıb.
Qaziantep Xüsusi Düztəpə Həyat Xəstəxanasında saat 04:00-da qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin vəziyyətinin yaxşı olduğu bildirilib.
Sare Davudoğlu əməliyyatdan sonra ana və körpəsini otağında da ziyarət edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az