Oğan mitinqini ləğv etdi: Namizədlikdən çəkilir?

Oğan mitinqini ləğv etdi: Namizədlikdən çəkilir?

Türkiyə mayın 14-də keçiriləcək prezident seçkilərində ATA İttifaqından namizədliyi irəli sürülən Sinan Oğanın Antalyada keçirəcəyi mitinq proqramı ləğv edilib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Sinan Oğan sabah Ankaraya yollanacaq və komandası ilə müzakirələr aparacaq.

Türkiyəli jurnalist İsmayıl Saymaz Sinan Oğanın namizədliyini geri götürəcəyi ilə bağlı iddiaların olduğunu bildirib. Lakin Zəfər Partiyasının sədri Ümid Özdağ bu iddiaları təsdiqləməyib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az