Obama: Putin pis strateqdir və Rusiyaya zərər vurur

Obama: Putin pis strateqdir və Rusiyaya zərər vurur

ABŞ prezidenti Barak Obama Si-en-en (CNN) telekanalına müsahibəsində bildirib ki, Ukraynanın şərqində münaqişənin gərginləşməsi “cənab Putinin Rusiyanın adından qəbul etdiyi pis qərarlara dəlalət edir”.

Amerika prezidenti bir daha vurğulayıb ki, “Krımın ilhaqı Rusiyaya xeyir yox, böyük itkilər gətirəcək”, - Oxu.Az BBC-nin Rusiya xidmətinə istinadən xəbər verir.

“Torpaqların işğalı dövrünün böyük millət formuluna bərabər tutulduğu zaman keçmişdə qaldı”, - deyə, Barak Obama bildirib.

Amerika liderinin rəyinə görə, son il ərzində Putin tələsik və düşünülməmiş qərarlar qəbul edib, çünki ötən ilin qışında Ukraynada baş verən hadisələr rusiyalı lideri pis vəziyyətdə qoyub.

“Putin Krım və Ukrayna ilə bağlı bu qərarı hansısa dahiyanə strateji plana görə yox, sadəcə Maydandakı etirazlar və bizim vasitəçiliyimizlə Ukraynada keçid dövrü haqqında sazişin imzalanmasından sonra Yanukoviçin qaçması ilə əlaqədar pis vəziyyətdə düşdüyü üçün qəbul edib”, - deyə, Obama bildirib. 

“Putinin həmin andan başlayaraq məşğul olduğu improvizasiya onu beynəlxalq hüququn pozulması olan, Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozan vəziyyətə daha da dərindən cəlb edib və bu diplomatik vəziyyət Rusiyanı təcrid edərək, Avropanı bu ölkə ilə ehtiyatla və həvəssiz biznes aparmağa, neft gəlirlərinin azaldığı bir vaxtda Rusiya iqtisadiyyatına zərər vuran sanksiyalara gətirdi”, - deyə, ABŞ prezidenti əmin edib.

Barak Obama Amerika televiziyasına müsahibəsində bildirib ki, rusiyalı lider Vaşinqtonun təkliflərini rədd edir.

Onun sözlərinə görə, Rusiyanın hərbi maşının ölçüsü və Ukraynanın NATO üzvü olmadığını nəzərə alaraq, ABŞ-ın münaqişənin həlli üçün hərbi sahədə edə biləcəklərinə məhdudiyyətlər var.

“Biz elə edə bilərik ki, Rusiya üçün qiymət daha da artsın və biz məhz bunu edirik. Biz diplomatik təzyiq göstərə bilərik. Düşünmürəm ki, ABŞ və dünyanın Rusiya ilə hərbi münaqişəyə cəlb edilməsi ağıllı hərəkət olardı”, - deyə, Barak Obama bildirib.

Amerika prezidentinin sözlərinə görə, o, Rusiyada şəxsi reytinqi yüksək olan Putinlə danışıqlarda uğurla bağlı nikbin deyil:

“Putin sazişə hazırdır? Hələlik biz çoxlu sayda danışıqların getdiyini görürük – kansler Merkellə, prezident Ollandla və bizimlə - və o, bu danışıqlarda bir şeyi deyir, amma onun sonrakı hərəkətləri başqa şeydən danışır”.

Barak Obama Ukraynanın şərqindəki separatçıların Rusiyadan “pul, silah və hərbi təlimatçı” alması barədə ittihamları təkrarlayıb və bildirib ki, “Kremldən heç bir siqnal gəlməyənədək, onlar orada Ukrayna böhranın diplomatik həllinin Rusiyanın maraqlarına cavab verə biləcəyini düşünürlər”.

“O, irəli yox, geriyə baxır. Ola bilsin, gələcəkdə nəzər nöqtəsini dəyişəcək. Hələlik isə biz sərt mövqedən çıxış edəcəyik”, - deyə, prezident Obama bildirib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az