Ombudsmandan Əfv sərəncamı ilə bağlı açıqlama

Ombudsmandan Əfv sərəncamı ilə bağlı açıqlama
İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

Miq.az xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Əfv sərəncamının icrası zamanı deyib.

"Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı imzaladığı əfv sərəncamı indiyə qədər əhatəsinə görə ən geniş əfv sərəncamıdır. Ombudsman olaraq sərəncama görə təşəkkürümü bildirirəm”, - S.Əliyeva bildirib.

O qeyd edib ki, Ombudsmanın vəsatəti ilə indiyə qədər 864 nəfər əfvə düşüb:

"Bu sərəncamda isə 59 nəfər məhkum Ombudsmanın vəsatəti ilə azadlığa buraxılır" .

Xatırladaq ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az