Oqtay Əsədov İslam Kərimovun dəfninə getdi

Oqtay Əsədov İslam Kərimovun dəfninə getdi

Azərbaycan nümayəndə heyəti Özbəkistanın mərhum Prezidenti İslam Kərimovun dəfn mərasimində iştirak etmək üçün Səmərqəndə yola düşüb.
 
Trend-in məlumatına görə, nümayəndə heyətinə Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik edir.
 
Nümayəndə heyətinə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmilər daxildir.
 
Qeyd edək ki, İ.Kərimov sentyabrın 2-də vəfat edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az