Ordu Atatürk aeroportunu tərk etdi - İlk təyyarə endi

Ordu Atatürk aeroportunu tərk etdi - İlk təyyarə endi
Türkiyə prezident Ərdoğanın xalqı meydanlara, aeroportlara, küçələrə çıxmağa dəvət etməsindən sonra İstanbuldan bəzi qrupların Atatürk aeroportuna getdiyi və o bölgədəki tankların hərbi manevrlərinin azaldığı müşahidə edilməkdədir.

Son gələn məlumatda isə vətəndaşların tankları o bölgədən tamamilə uzaqlaşdıraraq aeroporta girdiyi və Türk Hava Yollarının ilk təyyarəsinin aeroporta endiyi bildirilir. Çevriliş təşəbbüsçülərinin İstanbulun başqa nöqtələrində öz iqtidarlarını bərqərar etmək üçün silahdan istifadə etdiklərinə dair xəbərlər də verilir.

Mediaya açıqlama verən baş nazirin müavini Numan Kurtulmuş "Türkiyənin və Türk demokratiyasının bu çevriliş təşəbbüsündən daha da güclənərək çıxacağını” vurğulayıb.

Numan Kurtulmuş xalqı təhriklərə qapılmamağa çağırıb. Digər tərəfdən, İstanbulun məscidlərində əzan oxunmasına davam edilir. İstanbul baş polis idarəsinin yerləşdiyi Vətən prospektinə gedən vətəndaşlar "Allahü əkbər!”-nidaları səsləndirirlər. /Apa.az/

Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az