Ordu hazır vəziyyətə gətirildi, Qarabağda gizli MÜHARİBƏ TAPŞIRIĞI

Ordu hazır vəziyyətə gətirildi, Qarabağda gizli MÜHARİBƏ TAPŞIRIĞI
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezidenti” Bako Saakyan və "müdafiə naziri” Levon Mnasakyan təmas xəttindəki postlara gəlib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, qondarma rejimin "rəhbərliyi” müdafiə xəttinin gücləndirilməsi tapşırığını verib.

Qeyd edək ki, bir gün öncə Qarabağdakı erməni ordusu hazır vəziyyətə gətirilib. İrəvanda baş verən daxili gərginlik fonunda atılan bu addım işğalçı ölkənin cəbhədə təxribat törədə biləcəyi ehtimalını gündəmə gətirib. Saakyanın erməni əsgərlərin olduğu döyüş postlarına gəlməsi də cəbhədə gizli nələrinsə planlaşdırıldığı versiyasını gücləndirir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az