Ordumuz “gələcəyin əsgəri” təchizatının alınmasına başlayır

Ordumuz “gələcəyin əsgəri” təchizatının alınmasına başlayır

Azərbaycan 2014-cü ilədək Silahlı Qüvvələrin ən azı iki bölüyünün “gələcəyin əsgəri” təchizatı ilə təmin etməyi planlaşdırır.

“AzeriDefence.com” saytının eksklüziv olaraq Silahlı Qüvvələrin yüksək rütbəli rəsmilərindən əldə etdiyi məlumata görə, ilk mərhələdə “gələcəyin əsgəri” təchizatının digər ölkədən satın alınması planlaşdırılır. Növbəti mərhələdə Silahlı Qüvvələrin müvafiq strukturları Müdafiə Sənayesi Nazirliyi və əlaqədar şirkətlərin iştirakı ilə yerli təchizatın yaradılması istiqamətində yaradılmasını reallaşdıracaq.

Hazırda müasir təchizat dəstinin satın alınması istiqamətində bir neçə ölkə ilə müzakirələr aparıldığı bildirilsə də, danışıqlar yekunlaşmadığından həmin ölkələrin adları açıqlanmayıb.

Azərbaycanın sifariş verəcəyi təchizatlarda müəyyən dəyişikliklər ediləcək. Bu dəyişikliklər sistemlə tam uyğunlaşdırılmaqla həyata keçiriləcək və Azərbaycan Silahlı Qüvvələrinin müvafiq komanda, kommunikasiya sistemləri ilə uyarlığı təmin olunacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az