Azərbaycan Silahlı Qüvvələrinin iki zabiti Goranboyda minaya düşüb.
“AzeriDefence.com” saytının xəbərinə görə, məlumat bu gün saat 15:00 radələrində yayılıb. Minaya düşmüş zabitlərdən biri hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyevdir. İ. Verdiyev minaya düşmüş zabiti ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Ilkin məlumatlara görə, mina onun bir qolunu aparıb. Yaralının bu saatlarda Bakıda Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir.
Minaya düşmüş digər zabit ayağını itirib. İ. Verdiyevin özünün mobil telefonu isə bağlı olduğundan zənglər cavabsız qalıb.
Qeyd edək ki, İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?