Orta əsrlərin adamları söz sahibidirlər - İranda, Türkiyədə və Səudiyyədə
Rövşən Əliyev
Bu gün baş verən zəncirvari hadisələr geridəqlamışların - 12-13-cü əsrlərin adamlarının fəallaşmasıdır.
Londonda da terror olub. Bu dəfə müsəlmanlara qarşı. 48 yaşlı bir kişi kiçik yük maşınını məsciddən çıxanların üstünə sürüb, bir nəfər ölüb, on nəfər yaralanıb. Sürücünü kütlə tutub linç eləmək istəyəndə imam imkan verməyib.
Bir politoloqumuz bu yaxınlarda fəxrlə yazırdı ki, 20-30 il qabaq demişdim, yeni səlib yürüşü başlayır, gördünüz?
Siz nə gördünüz - bilmirəm, mənim gördüyüm odur ki, o politoloq 13-cü əsrdən bu yana keçməyib. Nə aydınlatma dövrünə çatıb, nə elmi kəşfləri izləyib, nə dinin təməl yalanlarını elmin ifşa elədiyini bilir, nə insan haqları, vicdan azadlığı anlayışlarının necə meydana çıxması ilə ciddi maraqlanıb, nə İkinci Dünya müharibəsindən sonra yaranmış düzəndən fərli-başlı xəbərdardır. Belə olmasaydı bir-birini qırmış almanları və fransızları, yaponları və amerikalıları bu gün hansı dəyərin birləşdirdiyini bilərdi. 12-ci əsrdə iki axmaq sürünün bir-birini qırmasının haqq-hesabını bu günə daşımazdı.
Bu gün baş verən zəncirvari hadisələr geridəqlamışların - 12-13-cü əsrlərin adamlarının fəallaşmasıdır. Qərb-Şərq söhbəti deyil. Müsəlman-xristian söhbəti deyil. Sizvilizasiyadan geri qalanlar hər yerdə var. O sıradan Qərbdə.
Orta əsrlərdə qalanlarla yeni əsr toqquşur - Qərblə Şərq yox.
Birlləşmiş Ştatlarda əhalinin çoxu savadsızdır, yəni orta əsrlərdə qalıb. Fransada elə deyil. Ona görə, "ağların aliliyi" (Iran variantı - arilik) tərəfdarları Amerikada seçkilərdə qalib gəldilər, ancaq Fransada burunları ovuldu.
Sadəcə Şərqdə Orta əsrlərdə qalanlar daha çoxdur. Şərqin üç böyük ölkəsində - İranda, Türkiyədə və Səudiyyədə söz sahibidirlər orta əsrlərin adamları. Türkiyə heç olmasa, bir neçə onillik cümhuriyyət, sekulyarizm, demokratiya görmüşdü. Ətalət üzrə irəliəyir. Ərəb ölkələrində bu da yox idi. Ona görə, İraq, Suriya kiçik bir beynəlxalq problemlə üzləşən kimi başını itirdi.
Sivil insanlar bu günün hadisələrinə heç İkinci Dünya müharibəsinin haqq-hesablarını daşımırlar. Gerizəkalılar isə 12-ci əsrin hesabına girişiblər. Cibdə diplom olması da gerizəkalıqdan sığorta eləmir.
Orta Asiyalı bir diplomlu, təcrübəli mütəxəssislə bu yaxınlarda söhbətim oldu. Öz sahəsini babat bilir. Qərbin prestijli bir təşkiatında illər boyu çalışıb. Deyir gərək bizim 8-10 övladımız ola ki, gələcəkdə Avropa bizim ola. Oruc idi, iftara gedirdi. Xətrinə dəymədim. Yəni cavabını vermədim.
(Yazı Rövşən Əliyevin feysbuk statusundan götürülüb)
Miq.Az