Vətəninfo.az xəbər verir ki, Azərbaycanın kamandan oxatma üzrə milli komandası Ermənistanın Eçmiadzin şəhərində start götürən Avropa çempionatına yollanıb. "Qafqazinfo"nun məlumatına görə, 39 ölkənin iştirakı ilə keçiriləcək yarışa Türkiyə yığması da qatılıb. Ötən gün baş tutan açılış mərasimində iştirakçı dövlətlərin bayraqları arasında iki qardaş ölkənin bayraqları da yer alıb. Tədbirdə başda Ermənistan prezidenti Serj Sərkisyan olmaqla, düşmən ölkənin hökumət və idman rəsmiləri də iştirak ediblər.
Xəbəri Sportnet.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov da təsdiqləyib. O bildirib ki, Azərbaycan nümayəndə heyətinin Avropa çempionatında iştirakı son anda gerçəkləşib: "Avropa Oxatma Federasiyasından bizə dedilər ki, Ermənistandakı çempionata mütləq qatılmalısınız. Əks halda, gələn il Bakıda təşkil olunacaq I Avropa Oyunlarında Azərbaycan oxatma millisinin iştirakına icazə verilməyəcək. Bu səbəbdən, komandamız təcili Avropa çempionatına yollandı".
Rəhimovun sözlərinə görə, 9 nəfərlik heyətdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi, 2 məşqçi və 6 idmançı yer alıb. Bakı - Tiflis İrəvan reysi ilə Ermənistana uçan nümayəndə heyətimiz Zvartnots Hava Limanında qarşılanıb və xüsusi ayrılmış təhlükəsizlik əməkdaşlarının müşayiətilə otelə yollanıb: "Özləri ilə danışmışıq. Hər şey qaydasındadır. Oteldən yarış yerinə də həmin mühafizəçilərin əhatəsində gedib-gəlirlər".
Qeyd edək ki, Avropa çempionatına iyulun 26-da yekun vurulacaq.
Vətəninfo.az
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ