Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi
Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Zati-aliləri. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Pakistan Hökuməti və xalqı adından Sizə səmimi və xoş arzularımı çatdırmaq istərdim.
Bizim ölkələrimiz sıx tarixi, dini və mədəni əlaqələrlə bir-birinə bağlıdır. Pakistan bu əməkdaşlığı siyasi, mədəni, enerji və müdafiə sahələrində daha da genişləndirməyin tərəfdarıdır.
Pakistan regional sülh, əlaqələndirmə və inteqrasiya prinsipinə sadiqdir. İqtisadi Əməkdaşlıq Təşkilatı, digər regional və beynəlxalq forumlar çərçivəsində birgə səylərimiz bizə bu dəyərli məqsədlərə çatmağa kömək edəcək.
Mən bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə davamlı sülh və rifah arzu edirəm.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az