
Bununla bağlı PİA.az-ın əldə etdiyi məlumatlara əsasən müəyyən qüvvələr bilərəkdən Mübariz Mənsimovu doğulduğu ölkə ilə üz-üzə qoyur. Redaksiyamıza daxil olan informasiyaya görə əslində iş adamının həmişə ətrafına inanması, güvənməsi ona böyük problemlər yaşadıb. İllər əvvəl "Palmali” dünyada daşımaçılıq şirkətləri arasında ən nüfuzlu və müsbət imicə malik şirkət kimi tanınırdı və demək olar donanmasına hər il onlarla əlavə tankerlər daxil edirdi. Lakin bir anda Mənsimovun şirkətində axsamalar yaranmağa başladı və ən böyük tərəfdaşlarını itirməyə başladı. Sonradan aydın oldu ki, şirkətin ikinci adamı Alaatdin Aykaç şirkətə xəyanət edib və Mənsimova ciddi ziyanlar vurub. Hətta deyilənləri "Palmali” şirkəti də rəsmən təsdiqləyib Aykaçı məhkəməyə verdiklərini ictimaiyyətə bəyan etdilər.
İndi isə Mənsimovun doğulduğu ölkə ilə -dövlətlə qarşı qarşıya qoymağa cəhdlərin olduğu və bunun məhz iş adamının yaxın ətrafı ilə həyata keçirildiyi söylənilir. Belə ki, əvvəllər Mənsimovun təhlükəsizlik xidmətinə başçılıq edən hazırda isə "Palmali” nin ikinci adamına çevrilən Vüqar Hüseynovun əslində çalışdığı şirkətə sadiq olmadığı və Mənsimovda yaranan aqresiyyanın səbəbkarı olduğu deyilir.
Deyilənlərə inansaq bir ara mətbuatda adı pul fırıldağında çəkilən (Bu linklə tanış olun: "Palmali” vitse-prezidentinin adı pul fırıldağında) və "Palmali”dən qovulan Vüqar Hüseynov hansi isə yollarla yenidən şirkətə dönməyi bacarıb və indi yenə də "Palmali”yə şirkətin rəqibləri tərəfindən aldğı sifarişlə ziyan vurmaq və sarsıtmaq istəyir. Çünki, Vüqar Hüseynov "Palmali”dən qovulan kimi ayrı yerə yox, məhz rəqib və "Palmali” ilə münasibəti pozulan şirkətə sığınmışdı. İddia olunur ki, Mənsimov bütün olanların fərqində deyil və kifayət qədər nüfuza və hörmətə sahib olan iş adamını müəyyən qüvvələr məhz yaxın ətrafının əli ilə nüfuzdan salmaq, Azərbayca dövləti ilə üz-üzə qoymaq istəyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.../pia.az/