Partiya sədri: “Xankəndində olanlara axırıncı dəfə ultimatum verilməlidir…”

Partiya sədri: “Xankəndində olanlara axırıncı dəfə ultimatum verilməlidir…”
"Biz bugünədək ermənilərə çox  humanistcəsinə yanaşmışıq. Onlar heç vaxt tutduqları məkrli siyasətdən, terrorist təxəyüllü fikirlərdən əl çəkən deyillər. Çünki "Böyük Ermənistan” iddiasında yaşamaları bunlara dinc yaşamağa imkan vermir. Ona görə də düşünürəm ki, bu günə qədər aparılan siyasətin və görüşlərin heç bir əhəmiyyəti yoxdur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 

Partiya sədri bildirib ki, bizim yeganə bir yolumuz var, o da yolları tam bağlamaqdır: 

"Xankəndində olanlara isə axırıncı dəfə ultimatum verilməlidir ki, ya bizlə yaşayırsınız yaşayın, yaşamırsınız cəhənnəm olun gedin! 

Hesab edirəm ki, yenidən antiterror əməliyyatı aparılmalıdır və həmin antiterror əməliyyatı nəticəsində oradakı olan separatçıların Azərbaycanda cəzası verilməlidir. 

Son günlər görürürk ki, erməni dığası Paşinyan yalançı ifadələr verir, aldadıcı manevrlər edir. Bütün bunlar onu göstərir ki, ruslar onları bütün bu proseslərdən çəkindirir. Rusiyanın Azərbaycanda güya sülhməramlı adına yerləşdirilmiş ordusu dayanır. Onlar nə qədər ki, ordadır, heç vaxt Azərbaycan torpaqlarında əmin-amanlıq olmayacaq. 

Ümumiyyətlə, artıq Xankəndində yenidənqurma işlərinə başlamalıyıq və insanları öz doğma torpaqlarına qaytarmalıyıq. Orada yaşamaq istəməyən ermənilərin hamısını isə avtobuslara doldurub dərənin o tərəfinə tökmək lazımdır. 

Hesab edirəm ki, Azərbaycan artıq antiterror əməliyyatına başlamalıdır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az