Partlayışda xəsarət alanların vəziyyəti ağırdır

Partlayışda xəsarət alanların vəziyyəti ağırdır
Sumqayıt Tibb Mərkəzi "Sunset” istirahət mərkəzindəki partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, avqustun 30-da saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.

Çağırışla əlaqədar hadisə yerinə 2 briqada cəlb olunub və məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən "Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Xəsarət alan 1972-ci, 1969-cu il təvəllüdlü iki qadın və 1963-cü il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Vəziyyətləri ağır olan hər 3 şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə göndərilib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az