Paşinyan RAZILAŞDI: bu tarixdə Qarabağla bağlı QƏRAR VERİLƏCƏK

Paşinyan RAZILAŞDI: bu tarixdə Qarabağla bağlı QƏRAR VERİLƏCƏK

Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq. Artıq o haqda danışırlar ki, 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcək.

Publika.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Hakop Badalyan deyib.

Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da hesablanmış ola bilər: "Belə cəhdlər dəfələrlə olub. Lakin burada ABŞ-ın İrəvandakı səfirinin "münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”.

Badalyan qeyd edir ki, burada Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi az da olsa görünür. Misal üçün, "Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sarkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq.”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az