Paşinyandan Sarkisyana növbəti zərbə - Hamısı QOVULUR

Paşinyandan Sarkisyana növbəti zərbə - Hamısı QOVULUR

Ermənistanın baş naziri Nikol Paşinyan yüksək postları sabiq baş nazir Serj Sarkisyanın rəhbəri olduğu Respublika Partiyasının nümayəndələrindən təmizləməkdə davam edir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, hökumətin bugünkü iclasında ölkənin bütün qubernatorların istefaları qəbul ediləcək.

Məlumata görə, 6 yeni təyinat barədə qərar veriləcək, 4 vilayətə isə qubernator təyinatı daha sonra olacaq. Bundan başqa, hökumətinin iclasında onun proqramı təqdim ediləcək.

Hikol Paşinyan daha əvvəl bildirib ki, bütün qubernatorları əvəz etmək lazımdır.

Qeyd edək ki, mayın 8-də baş nazir seçilən Nikol Paşinyanı Silahlı Qüvvələrı, kəşfiyyat və təhlükəsizlik orqanları, həmçinin strateji əhəmiyyətli siyasi dairələrin rəhbərliyində təmizləmələr aparıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az