Paşinyanın yeni müdafiə naziri kimdir? – Adlar açıqlandı

Paşinyanın yeni müdafiə naziri kimdir? – Adlar açıqlandı

Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda formalaşdırılacaq yeni hökumətə kimlərin daxil olacağı artıq bəllidir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "İravunk” qəzeti yayıb. Paşinyanın Ekologiya naziri vəzifəsini öz partiyasından olan deputat Lene Nazaryana verəcəyi bildirilib:

"Vətəndaş Müqaviləsi Partiyasından olan digər deputat Ararat Mirzoyan isə parlamentdə Paşinyanın sadiq nümayəndəsi kimi qalacaq. Müdafiə Nazirliyinə hazırkı Fövqəladə Hallar naziri David Tonoyanın rəhbər gətiriləcəyi gözlənilir. Paşinyanın bu məsələdə ciddi dalanla üz-üzə qaldığı haqqında informasiyalar yayılır. Belə ki, Tonoyan Seyran Ohanyanın nazir olduğu dönəmdə nazir müavini olub və buna görə nə Müdafiə Nazirliyi, nə də ondan kənarda onu yaxşı sözlərlə xatırlayırlar. Bu dalandan əsas çıxış yolunun Paşinyanın tərəfdaşı olan Sasun Mikayelyanın bu vəzifəyə gətirilməsi olduğu iddia olunur. Paşinyan isə bunun həm özü, həm ölkəsi üçün başağrısı olacağını gözəl bilir.

Baş nazirin müavini vəzifəsinə iş adamı Xaçatur Sukiasyanın gətirilməsi şayiələri yayılır. Lakin Paşinyan hələ də hazırda bu vəzifəni icra edən Karen Karapetyanın öz vəzifəsində qalacağına ümid edir.

Paşinyan Çarukyan Blokunu da Nazirlər Kabinetindən uzaq tutmur. Belə ki, İdman və Gənclər naziri olan Qraçya Rüstəmyan Paşinyan hökumətində yenidən öz vəzifəsini davam etdirəcək”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az