“Petkim”in daha 13 işçisi FETÖ-ya görə həbs edildi
İzmirdə FETÖ-ya qarşı keçirilən əməliyyat zamanı "Petkim”in yaxalanan 25 işçisindən 13-ü haqqında həbs qərarı verilib.
Miq.az xəbər verir ki, bu barədə informasiyanı "Anadolu” agentliyi yayıb. Agentlik yaxalananlar arasında "Petkim”in keçmiş baş direktoru Sadətdin Qorqud da daxil bir sıra rəhbər işçilərin olduğunu bildirib.
Qeyd edək ki, 2008-ci ildə "Petkim”in səhmlərinin 51%-i SOCAR tərəfindən əldə edilib. SOCAR bu şirkətə görə, 2 milyard 40 milyon ödəyib. 2010-cu ildə "Petkim” istehsal, ixrac və istehsal güclərindən istifadə faizinə görə 46 illik tarixinin rekordunu vurub.
Miq.az