PKK komandirləri Azərbaycan vətəndaşlarının nömrələrindən istifadə edir

PKK komandirləri Azərbaycan vətəndaşlarının nömrələrindən istifadə edir
PKK komandirləri  Türkiyə kəşfiyyatının dinləmə qurğularından yayınmaq üçün öz aralarında telefon danışıqlarını İranın GSM şəbəkələrinə aid nömrələr üzərindən aparır.
Bu barədə Türkiyə silahlı qüvvələrinin kəşfiyyat hesabatına istinadən "Yeni Çağ” qəzeti yazıb.
Məqalədə bildirilir ki, yüksək rütbəli PKK komandirlərinin iranlı və İranda yaşayan Azərbaycan vətəndaşlarının adına qeydiyyatdan keçmiş mobil nömrələrdən istifadə etdiyi təsbit olunub. Nəticədə Türkiyə kəşfiyyatı onların telefon danışıqlarını dinləməkdə çətinlik çəkir.
Baş Qərargahın hökumətə təqdim etdiyi kəşfiyyat hesabatına əsasən PKK komandirlərinin İranın GSM şəbəkələri üzərindən danışdığı təsbit olunsa da onların kimliklərini müəyyən etmək və danışıqlarını qeydə almaq mümkün olmur.

Virtualaz.org

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az