Vətəninfo.az xəbər verir ki, Azərbaycanda plov festivalı keçiriləcək. ANS PRESS-in məlumatına görə, tədbir sentyabr ayının 8-də Lerik rayonunda yerləşən istirahət mərkəzlərindən birində təşkil olunacaq. Bu festivalda 8 rayon iştirak edəcək və hər bir rayon ən azı 3 növ plov hazırlayacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Lerik İcra Hakimiyyəti tərəfindən, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən keçirilir. Münsiflər heyətində AMKM-in təcrübəli mütəxəssisləri iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd uzun ömür və sağlam həyat tərzinin təbliği, yeməklərin uzun ömürlülüyə təsirinin nümayiş olunması, Azərbaycan plovlarının tanıdılması və təbliği, yeni formalarının aşkar olunması və təcrübə mübadiləsidir.
Qeyd edək ki, plov festival birinci dəfədir ki, keçirilir. Gələcəkdə beynəlxalq səviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halına gətirilməsi planlaşdırılır. Necəki Şəkidə şirniyyat festival, Qəbələdə mürəbbə və s. digər bölgələrimizdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.
Vətəninfo.az
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib