Polisdən ƏMƏLİYYAT: Saxlanılanlar var

Polisdən ƏMƏLİYYAT: Saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Miq.Az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar. R.Cəfərovun evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın marixuana aşkar edilərək götürülüb. T.Rəcəbovun evinə baxış keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən də külli miqdarda metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və adıçəkilən barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az