Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI

Prezident 4 nəfərə dövlət mükafatı verdi - SİYAHI

Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

Miq.Az-ın xəbərinə görə, sərəncamla 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı "Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilib:

Nazim Timur oğlu Məmmədov

İmaməddin Rəcəbəli oğlu Əmiraslanov

Nadir Allahverdi oğlu Abdullayev

Ziya Saxavəddin oğlu Əliyev.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az